
"Agro Mix" MMC-nin təsisçisi, aqrar ekspert Gülpəri Bayramova 9 oktyabr "Cığır" İB-nin nəzdində fəaliyyət göstərən "Fidan" tələbə qızlar yurdunun qonağı olub.
Gülpəri xanım yurdun gənc tələbə xanımlarına "Cığır"ın QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olan "Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər" layihəsi çərçivəsində "Gənc Sahibkarın yol xəritəsi" adlı seminar keçib.
Seminara başlamazdan öncə tələbələrlə yaxından tanış olan gənc sahibkar çıxışında öz uğur hekayəsini dinləyicilərlə bölüşərək bu sahədə müvəffəqiyyət qazanmağın yollarından bəhs edib. O qeyd edib ki, gənc xanımların hər biri yüksək potensiala sahibdir və bu potensialı faydalı olmaq yolunda xərcləmək gərəkdir.
2 saat davam edən seminarda Gülpəri xanım tələbələri maraqlandıran sualları cavablayıb.
Qeyd edək ki, Gülpəri xanım tələbələrin hər birinə qızılgül və tort hədiyyə edib. "Cığır" İB sədri Yeganə Mirzəyeva Gülpəri Bayramovaya dəyərli zamanını gənclərə ayırdığı və bu dəyərli jesti üçün təşəkkür edib.