top of page

Növbəti sosial bazar Binəqədi Rayonun da baş tutdu


Ölkə Prezidentinin 2023-cü ili “Heydər Əliyev ili” elan etməsilə bağlı ölkədə və ölkə daxilində bir sıra mühüm, dövlət əhəmiyyətli layihələrin təşkili və həyata keçirilməsi vətəndaşların qəlbində böyük sevinc və riqqətə səbəb olur, böyük ovqat yaradaraq milli dövlətçiliyimizə bağlılıq hisslərini gücləndirir.

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi olaraq biz də bu tədbirlər silsiləsinə öz töhfəmizi bəxş etmək və Heydər Əliyev ili çərçivəsində ümummilli liderimizin hər zaman vurğu vurduğu mənəvi dəyərlərin təbliği istiqamətində Bakı sakinləri arasında sosial əhəmiyyətli layihə həyata keçirdik

.Artıq aylardır hər həftəsonu Bakının müxtəlif bölgələrində, qəsəbələrində təşkil edilən, fərqli insanları vahid amal – sosial dəyər ətrafında birləşdirərək, açıq havada xeyriyyə satışı həyata keçirərək insanlara xeyriyyəçilik ənənələrinin, mərhəmət, yardımlaşma kimi dəyərlərin təbliği istiqamətində işlər görülür. “Heydər Əliyev və mənəvi dəyərlərimiz” devizi ilə təşkil edilən sosial bazarda cəmiyyətin həssas qrup təbəqələri- tənha analar özlərinin və digər ata himayəsindən məhrum övladların təhsilinə dəstək olmaq üçün bir araya yığılır, milli mətbəximizin əvəzolunmaz təamı, növbənöv qutablardan bişirərək əhali arasında satışını təşkil edirlər.

Əhali arasında böyük maraq və sevgi ilə qarşılanan sosial bazar layihəsinin iştirakçıları həm dadlı qutablardan nuş edərək ata himayəsindən məhrum, bölgələrdə yaşayan abituriyentlərin təhsil xərclərinə dəstək vermiş olur, həm də mənəvi dəyərlərimizin təbliği istiqamətində könüllülərimiz tərəfindən maariflənir və bilavasitə layihənin iştirakçısı olurlar. Qeyd edək ki, xeyriyyə sərgisində əlavə olaraq ikinci əl kitablar, əl işləri, dibçək gülləri və ev şirniyyatlarının satışı da keçirildi.

Binəqədi Rayon İcra Hakimiyyətinə dəstəyinə görə xüsusi təşəkkür edirik.



0 görüntüleme

Son Yazılar

Hepsini Gör

Görüş

Sərgi

Göyçayfest

bottom of page