top of page

"Qutabdan kitaba" növbəti adlı sosial bazar baş tutdu


21.01.2023 tarixində mütəmadi şəkildə keçirdiyimiz "Qutabdan kitaba" adlı sosial bazar bu dəfə Yasamal yaşayış kompleksində (MİDA) baş tutdu.


Qış günlərinin birində yenə də könüllülərimiz, şövq və sevgi ilə Yasamal Yaşayış Kompleksində keçirdiyimiz sosial bazarda insanların diqqətinə, sevgisinə və dəstəyinə səbəb oldu.


Könüllü tələbələr hazırladıqları şirniyyat və təamları alıcılara təqdim etdi. Sosial bazar layihəmizdə ikinci əl kitabların satışı həmçinin uşaqlar üçün maraqlı rəngləmə master-klası keçirildi. Dəyərli analarımız növbənöv dadlı qutablar bişirdi.


Bununla yanaşı sosial sahibkarlıq məhsullarımız da bina sakinlərinin diqqətini cəlb etdi və insanların səmimi, xoş duyğularla dəstək göstərərək bu xeyirdən pay alması millətimizin mənəvi dəyərlərə nə qədər önəm verdiyinin bariz nümunəsidir.


Xoş qarşılama və təşkilati işlərdə dəstəyə görə Yasamal Yaşayış Kompleksinə (MİDA) dərin minnətdarlığımızı bildirir, fəaliyyətlərində uğurlar arzu edirik!



5 görüntüleme

Son Yazılar

Hepsini Gör

Görüş

Sərgi

Göyçayfest

Comments


bottom of page