top of page

Xalqxeber.az xəbər portalında seminarımız işıqlandırılıb.


Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib gələn "Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər" layihəsi çərçivəsində İslamşünaslıq ETM-nin birgə təşkilatçılığı ilə ETM-nin rəhbəri, fəlsəfə elmləri doktoru, professor Əsədulla Cuci oğlu Qurbanov və ETM-nin aparıcı elmi işçisi, fil.ü.f.d., Yeganə Mirzəyevanın təqdimatında "Mənəvi dəyərlərimiz sosial kimliyin formalaşmasının zəminidir" seminarı keçirildi. Seminarda müxtəlif universitetlərdən tələbə və pedaqoq heyəti iştirak etdilər.



Tədbirdə professor Əsədulla Qurbanov mənəvi dəyərlərdən söhbət açaraq qeyd edib ki, sosial məsuliyyət ən əsas mənəvi dəyərdir. Sosial sahibkarlıq İslam ticari dünyasının ana xətlərindən biridir. Sosial sahibkarlığın bünövrəsi olan sosial məsuliyyət, dəyər yaratmaq, yenilikçi və yaradıcı təfəkkür islamın təməl dəyərləri olmaqla, sosial kimliyin birbaşa təşəkkül zəminidir.

Sosial sahibkarlıq anlayışı cəmiyyətin rifahı naminə, faydalılıq adına mövcud problemlərin həll yolunu mənəvi dəyərlərlə bərabər sahibkarlıq fəaliyyətində görür. Mənəvi dəyərlərin fərdi təkamüldən sosial kimliyə təşəkkülü insanın məsuliyyətinin formalaşması ilə baş verir, beləliklə, sosial məsuliyyət hissi ilə aşılanan sosial sahibkar insanların sosial rifahının ticari yollarla həllinə çalışır. Məhz sahibkarlığın sosial məsuliyyətlə mayalanması, aşılanması dünyanın sosial rifahıdır. "Cığır" İB tərəfindən Əsədulla Qurbanov mənəvi dəyərlərin inkişafında göstərdiyi xidmətlərə görə Təşəkkürnamə ilə təltif olunub. Tədbirdə "Cığır" İB-nin sosial sahibkarlıq layihələrinin məhsullarının təqdimatı da keçirilib.


https://xalqxeber.az/social/83883-cigir-menevi-deyerlerin-inkishafina-destek-ictimai-birliyi-seminar-teshkil-etdi.html

6 görüntüleme

Son Yazılar

Hepsini Gör

Görüş

Sərgi

Göyçayfest

Comments


bottom of page