
Bağbanın bağçası
Cəmiyyətimizdə pozitiv dəyişiklik etməyə yönəlmiş sosial sahibkarlıq layihələrimizdən biri də “Bağbanın bağçası” gülçülük layihəsidir. “Bağbanın bağçası” layihəsi çərçivəsində könüllülər və tələbə əmanətlərimiz müxtəlif dekorativ ev bitkiləri və güllərin becərilməsi, qulluğu, sosial şəbəkə paylaşımları və satışı ilə məşğul olur. Digər layihələrdə olduğu kimi “Bağbanın bağçası”nda da gül satışından əldə olunan gəlir layihələrin maaliyyələşməsinə sərf olunur. Bundan əlavə, layihənin gələcəkdə istər əmanət tələbələrə, istər öz ayaqları üstündə durmağı hədəfləyən gənclərə iş imkanları yaratmağı hədəfləyir. Layihədə işləyən gənclər əmək haqqı ilə təmin olunacaq və iqtisadi güc qazanacaq.
Bir bitkinin qayğısına qalmaq bizdən məsuliyyət və şəfqət tələb edir. Buna görə də, layihə “hər qəlbdə şəfqət” şüarını əsas tutur və insanlara bu dəyərləri aşılayır. Buna əlavə olaraq, təbiət istər elmimizi, istər ruhumuzu zənginləşdirmək üçün üz tutacağımız ilk məkandır. Təbiətlə iç-içə yaşayan insanların mənən sağlam və hüzurlu, müdrik olduğunu müşahidə edirik. Xüsusən, rayonlardan Bakıya təhsil üçün gələn könüllü gənclərimiz və əmanətlərimizi torpaqla birbaş təmas qurmağa, təbiətlə iç-içə yaşamağın önəmini anlamağa təşviq edirik. Buna görə də, satışa çıxardığımız hər bitkini onlarla birlikdə əkir, qulluq edir və öyrənirik.