
Elnarə Həsənova

















Elnarə Həsənova “Bağbanın bağçası” sosial sahibkarlıq layihəsinin rəhbəri
Mən Həsənova Elnarə. Uzun müddət Kimya müəllimi işləmişəm. Ailə vəziyyətimə görə, daha doğrusu, övladlarımla daha çox zaman keçirə bilmək, eyni zamanda övladlarımla bərabər faydalı fəaliyyətlə məşğul olmaq üçün könüllü fəaliyyətə başladım. “Cığır” İctimai Birliyində bir çox könüllü fəaliyyətlərimdən qazandığım təcrübələrdən də resurs olaraq faydalanaraq “Bağbanın bağçası” sosial sahibkarlıq layihəsində sosial sahibkar olmaq həyatıma yeni ruh qatdı. "Cığır" İctimai Birliyinin “Salam yurdu” sosial sahibkarlıq layihəsində əsas məqsəd komanda, icma şəklində bərabər çalışaraq həssas qrup nümayəndələrinin təhsilinə dəstək olan könüllülərin mənəvi, pedaqoji, psixoloji təlimatlandırılması, kursun təşkili, valideyn himayəsindən məhrum şagirdlərin dərs hazırlıqları, mənəviyaradıcı qrupların yaradılması və s. tədbir və layihələrinin təşkilində məsul olaraq fəaliyyətim olmuşdur. “Cığır”da könüllü fəaliyyətim zamanı insan resursları, idarəçilik, hesabatlılıq, biznesin təşkili, doğru kommunikasiya, yaradıcı düşüncə, sosial məsuliyyət, sosial təşəbbüskarlıq, altruizm, innovativ təfəkkür, sosial dəyişim kimi mənəvi dəyərlərlə dirçəldim. “Bağbanın bağçası” layihəsində dirçəldərək dirçəlməyi qarşıma məqsəd qoymuşam. Anladım ki, ən böyük xoşbəxtlik hər zaman yenilənmək, yeniliyə açıq olmaq, öyrənməyi sevməkdən keçir. Layihənin üstünlüyü komanda ruhu ilə, səmimi ünsiyyət, rahat kommunikasiya ilə gənclərlə bərabər fəaliyyət göstərə bilməkdir. Təbiəti sevdirmək, ekoloji təmiz ailə ortamı, dünya yaratmaq üçün insanlara torpağa, bitkilərə sevgi hissini aşılmağı əsas hədəf təyin etmişik. Təmiz ekoloji dünya üçün insanlarda şəfqət mənəvi dəyərinin inkişafını vacib hesab edirik. Təmiz ekosistemin yaranması üçün bütün insanlarda mənəvi dəyərlərin inişafına dəstək olmalıyıq. Biz “Bağbanın bağçası” sosial sahibkarlıq layihəmizlə insanların qəlbində şəfqət hissi oyandıracağımıza çox ümidliyik, belə ki, əldə olunan təmiz qazanc gənc tələbə xanımların təhsil və yaşam xərclərini qarşılayır. "Cığır"da dirçəlməyi öyrəndim, özdəyərdən sosial dəyərə qədər şərəfli yol keçdim. Hal-hazırda kiçik oğlumla dibçəkdə gül əkərkən gələcəyə ümid işıqılarım yanır, qızımla gil dibçəkləri canlı boyalarla boyadığım zaman onların və digər gənc xanımların həyatında işıqlı boya olacağıma inanıram. Sosial məsuliyyətim məni sosial təşəbbüskar olaraq dirçəltdi. Təşəkkürlər bizlərə faydalı cığır olanlara.