top of page
bandicam 2022-11-09 19-05-50-975.jpg

Mülk ilk sosial sahibkarlıq mağazası

Layihə 

haqqında

  “Mülk”  alış-veriş mağazası Azərbaycanda ilk və yeganə mağaza tipli sosial sahibkarlıq layihəsidir. Xeyriyyə məqsədli alış-veriş mərkəzimiz olan" Mülk "sosial sahibkarlıq layihəsi olaraq bir ovuc qadının zəhmət və fədakarlığından doğuldu və "Mülk" xeyriyyə alış-veriş mərkəzi" adı altında fəaliyyətə başladı. Daha sonra fəaliyyətimizin xeyriyyəçilik yox daha fərqli  olan sosial sahibkarlıq olduğunu başa düşdük və  yeni uğurlu cığıra qədəm qoyduq. Mağazamızdan edilən hər zərrə alış-veriş sizi xeyirə vəsilə edərək, həm öz ehtiyacınızı ödəmək, həm də başqasının ehtiyacına dəstək olmaq şansı qazanarsınız. Məişət avadanlıqlarından qida məhsullarına, geyimdən gigiyenik ləvazimatlara qədər müxtəlif çeşidli məhsulların satışını həyata keçirən  “Mülk” alış-veriş  mərkəzinin idarə və işçi heyəti könüllü qadınlar və gənclərdən ibarətdir.

      Artıq 7 ildən çoxdur ki, hər sabah insanları yaxşılıq etməyə təşviq edəcək layihələr və düşüncələr üzərində işləmək üçün oyanırıq. Həyat tərzimizə çevrilən bu missiya bizə mövcud ənənəvi ianə layihələrinə alternativ həll yolları və yeniliklər tapmağa sövq edirdi. İnsanların faydalı olacağı daha fərqli sosial sahibkarlıq növləri üzərində düşünmək lazım idi. Hər gün qeydiyyata aldığımız yeni-yeni atası dünyasını dəyişmiş uşaqlar və dul qadınlara həm mənəvi, həm də maddi dəstək ola bilmək üçün də ianələrdən daha artığına ehtiyacımız yaranırdı.
        

bottom of page