top of page

Xəbərfakt internet portalı "Hüsnü-Üns" yeni yaradıcılıq layihəmizi işıqlandırdı


ree

Layihənin açılış tədbirində layihənin rəhbəri, gənc könüllü, qrafik dizayner, AzMİU-nun magistrı Elbəy Əliyev, birliyin idari heyətinin üzvləri, könüllü rəssamlar və qonaqlar iştirak ediblər.


Elbəy Əliyev çıxış edərək bildirib ki, "Hüsnü-üns" layihəsi insan duyğularının ifadə vasitəsi olan incəsənətin "Cığır" İB-nin əmanətləri və könüllüləri tərəfindən cəmiyyətdə fərdlərarası gözəl ünsiyyətin qurulmasına, incə duyumun, gözəl baxışın, əmin-amanlığın yayılmasına və bərqərar olmasına töhfə verən bir mühit formalaşdırmaqdır. O, bu layihənin həyata keçirilməsi üçün çox xoşbəxtdir və layihənin uğurla davam edəcəyinə inanır.


Tədbirdə Şuşa şəhəri Dövlət Qoruğunun baş memarı Qumru Mirzəliyeva, Respublika üzrə Qum üzərində rəsm birincisi, bir çox ölkələrdə Azərbaycanı təmsil edən, "Asia's Got Talent", "Yetenek sizsiniz" kimi məşhur lahiyələrin yarım finalçısı, rəssam Lalə Hüseynzadə, Casa De Art biznesinin rəhbəri, rəssam Pərvinə Əli çıxış edərək duyğu və düşüncələrini bölüşüblər.

Rəssamlar tədbir boyu kətan çantalar, boşqab və fincanlar üzərində "Gözəllik" mövzusunda yaradıcılığını nümayiş etdiriblər.


Tədbirin sonunda kollektiv xatirə şəkli çəkdirilib.


https://xeberfakt.az/medeniyyet/47173-cigir-menevi-deyerlerin-inkisafina-destek-ictimai-birliyi-husnu-uns-yeni-yaradiciliq-layihesine-start-verib.html


 
 
 

Son Yazılar

Hepsini Gör

Yorumlar


QHT agentliyi yazili-01_edited.png

"Sosial sahibkarlıq sahəsində  görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər"

Sürətli keçidlər

-Haqqımızda

-Seminarlar

-Mükafatlar

Layihələrimiz

"Amber Soap"

"Bağbanın bağçası"

"Qutabdan Kitaba "

"Bərəkət düşbərələri"

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir. 

© 2022

"Mülk" ilk sosial sahibkarlıq   layihəsi 

  • Instagram
bottom of page