top of page

Qutabdan Kitaba

  • sosial2
  • 27 Haz 2023
  • 1 dakikada okunur

ree

2022-ci ildə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib gəlmiş "Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər" layihəmizin məntiqi davamı sayılan "Sosial Bazar" istiqamətində başlanan, eyni zamanda "Heydər Əliyev ili" münasibətilə keçirilən "Qutabdan Kitaba" adlı sosial layihəmiz bu dəfə Suraxanı rayonu İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə Əmircan qəsəbəsi, Heydər Əliyev parkında baş tutdu. Sosial Bazarda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov və İcra Hakimiyyəti nümayəndələri iştirak edərək sosial sahibkarlıq layihələrimizin məhsulları ilə daha yaxından tanış olublar. İctimai Birliyimizin sədri Yeganə Mirzəyeva tərəfindən İcra Hakimiyyətinin başçısı Əziz Əzizova Suraxanı rayonu ərazisində sosial sahibkarlığın təbliğinə xidmət edən sosial bazarın təşkilinə göstərdiyiniz dəstək üçün "Qutabdan kitaba" sosial sahibkarlıq layihəsininin aktiv iştirakçıları olan həssas qrup nümayəndəsi tənha analar və gənclər adından təşəkkürnamə təqdim edib. Vurğulamaq istərdik ki, Sosial bazarda dövlət müəssisələrinin işçiləri, Suraxanı rayon 84, 89, 114 nömrəli məktəblər, Nizami Tədris mərkəzi, bağçaların müəllim və şagird kollektivi də yaxından iştirak ediblər. Suraxanı Rayon İcra Hakimiyyəti rəhbəri Əziz Əzizova xüsusi dəstəyi üçün bir daha təşəkkür edirik.



 
 
 

Son Yazılar

Hepsini Gör

Yorumlar


QHT agentliyi yazili-01_edited.png

"Sosial sahibkarlıq sahəsində  görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər"

Sürətli keçidlər

-Haqqımızda

-Seminarlar

-Mükafatlar

Layihələrimiz

"Amber Soap"

"Bağbanın bağçası"

"Qutabdan Kitaba "

"Bərəkət düşbərələri"

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir. 

© 2022

"Mülk" ilk sosial sahibkarlıq   layihəsi 

  • Instagram
bottom of page