top of page

"Qutabdan Kitaba " Sosial bazar

  • sosial2
  • 20 Ara 2022
  • 1 dakikada okunur

ree

"Qutabdan Kitaba" sosial sahibkarlıq layihəsi həssas qrup nümayəndəsi hesab olunan tənha qadınların məşğulluğunu təmin edir. Övladlarını tənha qanadlarının altına sevi və şəfqətlə alan analar birgə toplanıb həm ruzilərini faydalı şəkildə qazanacaqlar, həm də sosial bazardan əldə olunan gəlirin ataları vəfat etmiş abituriyentlərin, tələbələrin təhsil təqaüdünə yönəlməsilə xoşbəxt olacaq, mənəvi doyum hissi yaşayacaqlar.

Beləliklə, tənha qadınlar iş yeri qazanmaqla bərabər, daha önəmli olan mənəvi qazanclarıdır. Belə ki, kollektiv şəkildə sosial dəyər qazanan və paralel olaraq sosial məsuliyyətin verdiyi mənəvi zövqü qazanan qadınlar sosial dəyər qazandırmağa müvəffəq olurlar. Sosial bazarın bariz nümunəsi hesab olunan "Qutabdan Kitaba" sosial sahibkarlıq layihəsi paralel olaraq, digər sosial layihələrin bazara çıxışlarının təminatçısı olmuş olur.

Hər həftə böyük yaşayış massivlərinin həyətində təşkil olunan sosial bazar eyni zamanda sosial sahibkarlığın "yaxşılarla bərabər, yaxşılığa dəstək", "Cığır" ictimai birliyinin "hər qəlbdə mərhəmət " şüarına çağırış etmiş olur.


Cəmiyyətin qəlbindəki mərhəmət duyğsunun inkişafı cəmiyyətin birbaşa rifahıdır.

"Qutabdan Kitaba" sosial sahibkarlıq layihəsi, həqiqətən, sübut edir ki, sosial sahibkarlıq mənəvi dəyərdir və onun təbliği birbaşa mənəvi dəyərlərin inkişafına xidmət edir.


Sosial bazarda anaların əl işləri, kulinar bacarıqları olan məmulatlar da əksini tapır ki, bu da özlüyündə  bir daha bu layihənin sosial müəssisə olduğunu və sosial dəyərə xidmət etdiyini təsdiq edir.



 
 
 

Son Yazılar

Hepsini Gör

Yorumlar


QHT agentliyi yazili-01_edited.png

"Sosial sahibkarlıq sahəsində  görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər"

Sürətli keçidlər

-Haqqımızda

-Seminarlar

-Mükafatlar

Layihələrimiz

"Amber Soap"

"Bağbanın bağçası"

"Qutabdan Kitaba "

"Bərəkət düşbərələri"

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir. 

© 2022

"Mülk" ilk sosial sahibkarlıq   layihəsi 

  • Instagram
bottom of page