top of page

"Qutabdan Kitaba" Sosial bazar

24.12.2022 Məhəmməd Xiyabani 38A


Bazarlar tarixən də fərqli baxışların birlik bucağı olaraq ümummədəniyyətə açılan qapılar kimi səciyyələnirlər. Məhz fərqli insanları eyni məkanda bir araya gətirərək vətəndaşlarımızı- böyükdən kiçiyə hər kəsi sosial dəyər ətrafında cəm edən "Cığır" MDİD İB "Qutabdan kitaba" adlı pilot layihəsi ilə Bakı əhalisinin görüşünə gəlir. Hər həftəsonu Bakı yaşayış massivlərinin həyətlərində təşkil edilən sosial bazarımızda cəmiyyətin həssas qrup nümayəndələri - tənha dul analar toplanıb növbənöv qutablar bişirərək öz övladlarının, eyni zamanda digər ata himayəsindən məhrum abituriyentlərin təhsil təqaüdünə maddi dəstək göstərməyə çalışır. Bakı sakinləri elə öz məhəllələrindəcə layihənin bir parçasına çevrilir - Könüllü tələbələrin hazırladığı şirniyyatlar, açıq havada keçirilən xeyriyyə kitab satışlarında ikinci əl kitablardan alaraq, könüllü rəssamlar tərəfindən keçirilən master-klaslarda öz övladlarının iştirakını təmin edərək layihənin əhəmiyyət və xoş ovqatını birə on artırır.


Sosial bazar layihəsinin ideya müəllifi, "Cığır" MDİD İB-nin sədri Yeganə Mirzəyeva layihənin cəmiyyətimizin həyatında böyük təsirindən bəhs edərək vurğulayır:" "Qutabdan Kitaba" sosial sahibkarlıq layihəsinin subliminal mesajı ondan ibarətdir ki, bir qutab bir əmanətin kitaba, elmə tərəf açılan yolunun başlanğıcıdır. Sosial sahibkarlıq mənəvi dəyərdir və onun təbliği birbaşa mənəvi dəyərlərin inkişafına xidmət edir.

Tənha qadınların iş yeri təmininə dəstəklə bərabər, daha önəmli olan mənəvi qazancdır. Belə ki, kollektiv şəkildə sosial dəyər qazanan və paralel olaraq sosial məsuliyyətin verdiyi mənəvi zövqü dadan qadınlar cəmiyyətə də sosial dəyər qazandırmağa müvəffəq olurlar".

"Qutabdan Kitaba" sosial sahibkarlıq layihəsi paralel olaraq, digər sosial sahibkarlıq layihələrinin bazara çıxışının təminatçısı olmuş olur.


Birlik silsiləvi təşkil etdiyi bazarlarda coşqularına qoşulan, öz gəlişləri, iştirakları ilə layihəyə rəng və dəyər qatan xeyirsevər Bakı əhalisinə dərin minnətdarlığını bildirir.



2 görüntüleme

Son Yazılar

Hepsini Gör

Görüş

Sərgi

Göyçayfest

Comments


bottom of page