
Qutabdan Kitaba
Qutabdan Kitaba sosial sahibkarlıq layihəsi həssas qrup nümayəndəsi hesab olunan tənha qadınların məşğulluğunu təmin edir.Övladlarını tənha qanadlarının altına sığışdıran anaların birgə toplanıb həm ruzilərini faydalı şəkildə qazanacaqlar, həm də sosial bazardan əldə olunan gəlirin ataları vəfat etmiş abituriyentlərin,tələbələrin təhsil təqaüdünə yönəlməsilə xoşbəxt olacaq, mənəvi doyum hissi yaşayacaqlar.
Beləliklə, tənha qadınlar iş yeri qazanmağla bərabər, daha önəmli olan mənəvi qazanclarıdır.Belə ki, kollektiv şəkildə sosial dəyər qazanan və paralel olaraq sosial məsuliyyətin verdiyi mənəvi zövqü qazanan qadınlar sosial dəyər qazandırmağa müvəffəq olurlar.Sosila bazarın bariz nümunəsi hesab olunan Qutabdan Kitaba sosilal layihəsi paralel olaraq, digər sosial layihələrin bazara çıxışlarının təminatçısı olmuş olur.
Hər həftə böyük yaşaylş massivlərinin qarşısında təşkil olunan sosial bazar eyni zamanda sosial sahibkarlığın "yaxşılarla bərabər,yaxşılığa dəstək", "Cığır" ictimai birliyinin "hər qəlbdə mərhəmət " şüarına çağırış etmiş olur.
Cəmiyyətin qəlbindəki mərhəmət duyğsunun inkişafı cəmiyyətin birbaşa rifahıdır.
Qutabdan Kitaba sosial layihəsi həqiqətən sübut edir ki, sosial sahibkarlıq mənəvi dəyərdir və onun təbliği bir başa mənəvi dəyərlərin inkişafına xidmət edir
Sosial bazarda anaların əl işləri, kulinar bacarıqları olan məmulatlar da əksini tapır ki, bu da özlüyündə bir daha sosial müəssisə olduğunu və sosial dəyərə xidmət olduğunu təsdiq edir