top of page
bandicam 2022-11-09 19-05-50-975.jpg

Sevinc Vəliyeva

WhatsApp Image 2022-11-15 at 15.01_edited.jpg

Sevinc Vəliyeva “Rəngahəng” sosial sahibkarlıq layihəsinin ideya müəllifi və rəhbər

 

Mən Sevinc Vəliyeva. İki oğul anasıyam. "Cığır" İB yaranan ilk gündən bu cəmiyyətdə könüllü olaraq fəaliyyət göstərirəm, baxmayaraq ki, özüm də tənha anayam. “Cığır”ın dirçəldərək dirçəltmə şüarı bütün ruhuma hakim kəsildi."Cığır" İB-də təhsilə dəstək üçün "nə edə bilərik"- deyə düşünəndə Eko çantalarla bağlı sosial sahibkarlıq layhəsi mənə həvalə olunanda belə güvəni və dəyəri qazandığım üçün çox bəxtiyar oldum. Sonradan özüm də təhsil təaqüdü üçün dəstək layihələri istqiamətində rəssam əmanətlərlə bərabər vitrajı təklif etdim, hal-hazırda ”Perspektiv” eko çantalar üzrə sosial sahibkarlıq kimi rəhbərlik etsəm də , “Rəngahəng” adlandırdığımız hand-made tipli sosial sahibkarlıq layihəsini yaradıcısı olaraq , əmanətimiz olan gənclərə ötürdüyüm və mənim kimi birinin sosial sahibkar olaraq dirçəlməsinə faydalı olduğum üçün çox bəxtiyaram. Amma bunlarla bərabər, deyə bilmərəm ki, hər şey çox asandır, SVOT planlarının yazılması, biznes plan təşkilinin çətinlikləri var. Övladlarımla bərabər öyrənirəm, yeniliyə açığam, həvəsli olduğum üçün çətinliklər məni qorxutmur. Artıq iki ildir ki, eko çantalardan gələn gəlir ilə mənim kimi həssas qrup nümayəndələrinə dəstək oluram. Gənc rəssamlarla birlikdə işləməkdən zövq alıram. Sosial sahibkar qadın olaraq fəaliyyət göstərməyimə dəstək olduğu üçün "Cığır" İctimai Birliyinə təşəkkür edirəm. İşimi çox sevirəm. Yeni layihələrə qoşulmaq istəyirəm, bu işin sirlərinə yiyələnməyə çalışıram. "Cığır"da olan əmanət anaların Sosial sahibkar olmasına dəstək olmaqla "Dirçəldərək dirçələk" layihəsində zərrələrimin olması üçün ümidliyəm.

bottom of page