
Zəhmətsevər
İnanırıq ki, atası dünyasını dəyişmiş uşaq və tənha anaları gücləndirmək və ədalətlə ayağa qaldırmaq üçün onlara öz güclərini göstərmək və bacardıqlarına inandırmaq önəmlidir. Qadınlara iqtisadi azadlığın qazandırılması haqqında düşüncələrimizi və buna verdiyimiz önəmi hər zaman göz önündə tutmuşuq. “Zəhmətsevər” layihəsi tənha qadınlara öz əmək və bacarıqları ilə iqtisadi azadlıq qazandıraraq gücləndirməyi və dəyərli hiss etməyi hədəfləyən layihələrimizdən biridir.
Fəaliyyətimizin ilk illərində əsas hədəf kütləmiz atası dünyasını dəyişmiş uşaqlar idi. Əlbəttə, ailə başçısını itirmiş ailələrdə yalnız uşaqların mənəvi, təhsil, psixoloji və s. problemləri ilə məşğul olmaq doğru olmazdı, ailənin təməldən dik dura bilməsi üçün analara peşəkar və ya sahibkarlıq fəaliyyətində dəstək olmaq da önəmli idi. İqtisadi güclü ana sağlam iradəli, dünyanı yaxşılığa dəyişə biləcək övlad tərbiyə edə bilər.
“Zəhmətsevər” layihəsi ananın zəhmətinə dəyər verənlərin mənəvi dünyasına çağırışdır. Şəxsiyyətin formalaşması üçün insanın zəhmətə, əməyə verdiyi dəyər önəmlidir. Zəhmət sevər anadır – zəhmətlə övladını böyüdür, zəhmət sevər sənsən – zəhmətə dəyər verib bir ailənin xeyriyyəçisi olursan.