.jpeg)

.jpeg)
-Layihə haqqında nə bilirsiniz?
Layihə
Haqqında
“Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər” layihəsinin məqsədi hədəf qruplarımız olan dul qadınlar, şəhid xanımları, aztəminatlı ailələrin üzvləri, tələbələr və gənclərin sosial sahibkarlıqla məşğul olaraq cəmiyyətə qatqısı olacaq ideyalarını reallaşdırmaq, həmçinin aztəminatlı tələbələrin işlə təmin edilməsini hədəfləyən bir neçə sosial sahibkarlıq layihəsini dirçəltməkdir.
Layihənin ideyası Azərbaycanda sosial sahibkarlığın elmi təfəkkürünün təşəkkülünə dəstək olaraq, mövcud durumları təhlil edərək, əldə olunan nəticələri təcrübədə həyata keçirərək, bu sahədə təbliğatçı olaraq, həm investorları, həm də sosial sahibkarlıq fəaliyyətində maraqları olan qadınları, gəncləri motivasiya edərək cəmiyyətdə sosial sahibkarlığın təbliğinə təşəbbüslərin artırılmasıdır.









